15-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində nümayiş olunan “Təbio” markası geniş marağa səbəb olub (FOTO)

Bakıda təşkil olunmuş 15-ci Azərbaycan Beynəlxalq Kənd
Təsərrüfatı Sərgisi – “Caspian Agro”da Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət
İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti öz stendi
ilə iştirak edib.

Əsas fəaliyyət istiqamətləri bitkçilik və heyvandarlıq
sahələrində kənd təsərrüfatı məhsularının istehsalı və emal işinin
təşkilini nəzərdə tutan Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi
MMC-nin missiyası dövlətə məxsus resursların müasir təcrübə,
innovativ texnika və texnologiyaların tətbiqinə əsaslanaraq
maksimal səmərə və effektivliklə istifadə edilməsi yoluyla ölkəmiz
üçün yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına
nail olmaq, ətraf mühitin harmoniyasının saxlanması şərtilə
əhalinin maddi rifahı və ərzaq təhlükəsizlıiyinin təmin edilməsinə
əhəmiyyətli töhfə verərək aqraq iqtisadiyyatın əsas drayverlərindən
birinə çevrilməkdir.

Geniş izləyici kütləsinin marağına səbəb olan sərgidə 2022-ci
ilin mart ayından etibarən müəssisə qeydə alınmış rəsmi əmtəə
nişanı olan “TƏBİO” markası altında emalına başlanmış yüksək
keyfiyyətli, biloji saf süd, ət və ət məhsulları, bal nümayiş
olunurdu.
Yüksək zövq ilə hazırlanmış stenddə müəssisə tərəfindən emal
olunmuş kərə yağı, pendir, xama, qaymaq, ayran, qatıq və digər
məhsullar sərgi iştirakçılarının geniş marağına səbəb olub.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi
ilə keçirilən “Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022”
sərgiləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət
göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və
xidmətlərini təqdim ediblər.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində ən böyük
beynəlxalq sərgi olan “Caspian Agro”da ümumilikdə 24 ölkədən 449
şirkət iştirak edirdi ki, bunlardan da 101 yerli, 348 xarici
şirkətlərdir.

Teqlər: