ADNSU ilə ASA arasında Memorandum imzalanıb (FOTO)

Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin
(ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Sığortaçılar
Assosiasiyasının (ASA) İcraçı direktoru Elmar Mirsalayev ilə
görüşüb.

Görüş zamanı təhsil sektoruna aid sığorta xidmətlərinin
inkişafı, tələbələr arasında sığorta məlumatlılığının
formalaşdırılması, tələbələrin sığortaya cəlb edilərək
sertifikatlaşdırılma imkanları və bu istiqamətdə digər məsələlər
müzakirə edilib.

Əlaqələrin daha da genişləndirilməsindən bəhs edən görüşdə
tərəflər arasında əməkdaşlığın mümkün istiqamətlərinə dair fikir
mübadiləsi aparılıb, perspektiv layihələr müzakirə olunub.

Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın
təmin olunması məqsədi ilə Memorandum imzalayıblar.

Teqlər: