Azərbaycanda 5G şəbəkəsinin işə salınmasının şərti açıqlanıb (FOTO)

Azərbaycanda hələlik 5G şəbəkəsi çərçivəsində xidmət
göstərilməsi üçün qeydiyyat prosesi başlamayıb.

Trend-in məlumatına görə, bunu “Nar (Azerfon)”
mobil operatorunun baş direktoru Qunnar Panke “Nar”ın 15 illiyinə
həsr olunmuş mətbuat kofransında deyib.

Onun sözlərinə görə, mobil operator 4G şəbəkəsinin inkişafı və
genişləndirilməsi ilə məhdudlaşmır.

“Biz 5G şəbəkəsini yerli bazarda tələbatın yaranacağı təqdirdə
işə salmağa hazırıq. Bugünkü gün Azərbaycanda bu şəbəkədə işləyə
biləcək qurğuların sayı kifayət qədər deyil”, – Q.Panke deyib.

(Tərcümə: Orxan Nəbiyev)