Ukraynanın Qoşulmama Hərəkatına üzvlüyü problemləri həll edə bilər – Politoloq

Ukrayna hazırda neytral status haqqında düşünür və bununla bağlı
açıqlamalar vardı. Bu da ondan xəbər verir ki, Ukrayna artıq
NATO-ya üzv olmaqdan çəkinir.

Bunu Trend-in sualını cavablayarkən “Cənubi Qafqaz”
politologiya klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Ukraynanın Qoşulmama Hərəkatına üzvlük
perspektivi gerçəkləşə bilər. Bununla da problemlər həll edilə
bilər.

“Lakin hazırda görünür ki, Ukrayna buna hazır deyil.
Rusiya-Ukrayna münaqişəsində Azərbaycan vasitəçi rol oynamağa cəhd
göstərir. Əlbəttə, əgər müraciətlər olsa, Ukrayna tərəfindən
məsləhətlərə ehtiyac duyulsa, bizim təcrübəmiz Ukrayna üçün hər
halda maraqlı ola bilər. Azərbaycan Qoşulmama Hərkatının üzvü və
daha sonra sədri vəzifəsində kifayət qədər böyük iş görüb. Bu
təşkilatın böyük potensialı var. Lakin yenə də hər şey Ukraynın
siyasətindın aslıdır. Qoşulmama Hərəkatı böyük və nüfuzlu bir
təşkilatdır. Hərəkata üzvlük edən 120 ölkə arasında dünyanın
siyasi, iqtisadi sahnəsində olan kifayət qədər nüfuzlu oyunçular
var. Bu səbəbdən Qoşulmama Hərəkatına üzvlük Ukrayna üçün maraqlı
ola bilər”, – deyə o əlavə edib.

Teqlər: