Azərbaycan XİN rəhbəri sülhməramlıların fəaliyyətindən danışdı

Qarabağda Rusiya sülhməramlılarının yerləşməsi üçtərəfli bəyanat
əsasında həyata keçirilib. Sülhməramlılar müvəqqəti olaraq
Azərbaycanın Qarabağ bölgəsində yerləşib və orada fəaliyyətlərini
davam etdirirlər.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun
Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, sülhməramlılar üzərlərinə düşən funksiyaları
yerinə yetirirlər. “Təbii ki, vaxtaşırı hansısa suallar olur və o
suallar əsasən hələ də Qarabağ bölgəsində Ermənistanın hərbi
birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə
səfərlərlə bağlıdır.

Belə məqamlar olan halda məsələ həm sühməramlıların buradakı
komandanlığı, həm də digər səviyyələrdə qaldırılır və müzakirə
mövzusu olur. Azərbaycan tərəfi məsələlərin məhz bu müstəvidə həll
edilməsinin tərəfdarıdır”, – deyə nazir əlavə edib.

Teqlər: