Səhiyyə naziri və nazirliyin kollegiya üzvləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıblar (FOTO)

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu,
görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günüdür.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə
səhiyyə naziri Teymur Musayev və nazirliyin kollegiya üzvləri Fəxri
xiyabanda xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan
dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül
dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər
düzülüb.

Ümummilli lider Heydər Əliyev Azərbaycan elminə və təhsilinə, bu
sahənin işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və
qayğı göstərirdi. Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrlar
hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.

Teqlər: