Xaricdə rezidentura təhsili alan azərbaycanlı həkimlərin ölkəyə gətirilməsi üçün işlər görülür

Xarici ölkələrin nüfuzlu təhsil müəssisələrində rezidentura
keçmiş azərbaycanlı həkimlərin ölkəyə gətirilməsi ilə bağlı işlər
görülür.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, hazırda Azərbaycan Tibb Universitetinin
tələbələri var ki, onlar xaricdə rezidentura təhsili alır.

“Həmin şəxslərlə bizim görüşümüz olub və lazım olan dəstək
göstərilib. Ümidvarıq ki, həmin tələbələr xaricdə təhsillərini başa
vurandan sonra Azərbaycana qayıdacaq və burada fəaliyyətlərini
davam etdirəcəklər”, – Nazir deyib.

Teqlər: