“Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi masa keçirilib (FOTO)

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev
Mərkəzində “Azərbaycan xalqının müdrik seçimi” mövzusunda dəyirmi
masa keçirildi. Tədbir Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin dördüncü
ildönümünə həsr olunmuşdur.

İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri
qoyuldu.

Dəyirmi masada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab
Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov,
Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev,
Şura üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə
müdirləri, şəhid valideyinləri, qazilər və ictimaiyyət
nümayəndələri iştirak edirdilər.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman
Mikayılov açaraq iştirakçıları salamladı və çıxış etdi:

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi xətti respublikamızı
ağır sınaqlardan çıxarmış, milli dövlətimizi məhv olmaq
təhlükəsindən xilas etmişdir. Yaranmış sabit mühit və tərəqqiyə
gedən yol layiqli varis İlham Əliyev tərəfindən yüksək işgüzarlıqla
daha da genişlənir və inkişaf etdirilir.

Uğurların nəticəsidir ki, xalqımız dördüncü dəfə öz taleyini
cənab İlham Əliyevə etibar etmişdir. Ölkədə güclü siyasi, iqtisadi
və sosial islahatlar həyata keçirilir, qeyri-neft sektoru
genişləndirilir, əhalinin həyat səviyyəsi yaxşılaşdırılır,
tikinti-quruculuq işləri davam etdirilir, silsilə tədbirlər
keçirilir, ordu quruculuğu ölkəmizin müdafiə qudrətini artırır.
Milli-mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğının nəticəsidir
ki, paytaxtımız mötəbər beynəlxalq məclislərin mərkəzi hesab
olunur, konfranslara ev sahibliyi edir.

Müzəffər Ali Baş Komandan kimi Vətən Müharibəsində ümumi
rəhbərliyi həyata keçirərək şanlı ordumuzla qələbəyə nail olmuş,
Zəfərə imza atmışdır. Apardığı müdrik daxili və xarici siyasət
həmişə öz bəhrəsini vermişdir. Cari ilin aprelin 6-da Brüssel
görüşlərində böyük uğur qazanmışdır.

Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında qeyd etdi ki,
cənab Prezidentin sayəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf edir,
yüksək nəaliyyətlərə qovuşur. Azərbaycan bu gün bölgədə əsas söz
sahibidir. Respublikamızda qlobal lahiyələr reallaşır, müdafiə
potensialı güclənir. Beynəlxalq aləmdə mövqeyimiz möhkəmlənir,
elm-təhsildə yeni informasiya texnologiyaları tətbiq olunur,
müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti, sivil və hüquqi
dövlət quruculuğu yolunda uğurlu addımlar atan ölkəmiz dünyanın
həlledici subyektləri sırasına yüksəlir.

Milli Məclisin deputatı Səbinə Xasayeva cənab Prezidentin
gənclərə göstərdiyi diqqət, qayğıdan danışdı, dövlət və gənclər
siyasətinin uğurlarını vurğuladı.

YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev Yeni
Azərbaycan Partiyasının bu gün cəmiyyətdə tutduğu mövqeyə aydınlıq
gətirdi. Əldə olunan bütün nəaliyyətlərə görə partiya sədri ölkə
rəhbəri cənab İlham Əliyevə minnətdar olduqlarını qeyd etdi.
Tədbiri Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman
Mikayılov yekunlaşdıraraq iştirakçılara təşəkkürünü bildirdi.

Teqlər: