Azərbaycan və Latviya arasında minatəmizləmə üzrə mümkün əməkdaşlıq müzakirə edilib

Qəbiristanlıqların minalanması məqsədyönlü şəkildə mülki əhaliyə
qarşı edilən qeyri-insani əməllərin təzahürüdür – bu barədə Latviya
Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis
Pabriksi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin
(ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ilə görüş zamanı
qeyd edib.

ANAMA-dan AzerTimes-a bildirilib ki, görüş zamanı iki ölkə arasında
minatəmizləmə sahəsində mümkün əməkdaşlıq imkanları üzrə fikir
mübadiləsi aparılıb.

İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci il üzrə tədbirlər
planına əsasən müəyyən olunan prioritet layihələr üzrə fəaliyyətin
gedişatı, mərhələli şəkildə minatəmizləmə əməliyyatlarına yeni
müdavimlərin cəlb olunması, Beynəlxalq Minatəmizləmə Standardlarına
uyğun keçirilən təlimlər, həmçinin süni intellekt texnologiyası
vasitəsilə ərazilərin tədqiqatı barədə məlumat verib.

Nazir Artis Pabriksi işğaldan azad edilən ərazilərdə aparılan
humanitar minatəmizləmə əməliyyatları, həmçinin ardıcıl olaraq
infrastukturun bərpası istiqamətində görülən genişmiqyaslı işləri
yüksək qiymətləndirib.

Teqlər: