Azərbaycan qazı Bolqarıstanda daha ucuz qaz qiymətlərini təmin edəcək – Baş nazir

2022-ci il iyunun sonunda Yunanıstan-Bolqarıstan interkonnektoru
(IGB) istismara veriləcək, sentyabrdan isə bu xətdən Azərbaycan
qazının nəqli başlayacaq.

Trend-in
məlumatına görə, bunu Bolqarıstanın baş naziri Kiril Petkov
deyib.

Onun sözlərinə görə, bu marşrutla tədarük Bolqarıstanda daha
aşağı qaz qiymətlərini təmin edəcək və onun enerji müstəqilliyini
gücləndirəcək

“Qışda qaz qiymətlərinin artmasına səbəb IGB ilə Azərbaycan
qazının nəqlinin mümkünsüzlüyü oldu”, – nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: