Azərbaycanda kiçik və orta biznesin inkişafının sürətlənməsi üçün qanun layihəsi hazırlanacaq – Nazir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi digər dövlət
strukturları ilə birgə kiçik və orta biznesin və informasiya
texnologiyaları sahəsinin inkişafının sürətlənməsi üçün qanun
layihəsi hazırlayacaq.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf
və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və
perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, bu işlər çərçivəsində IT-nin kiçik və orta
biznes sahəsində rolunu müəyyənləşdirmək planlaşdırılır.

“Bu işlər Nazirlər Kabineti səviyyəsində aparılır. Yəqin ki,
mövcud qanunvericiliyə dəyişikliklər ediləcək və ya yeni qanun
layihəsi hazırlanacaq. Bu işlər kiçik və orta biznesin və
informasiya texnologiyaları sahəsinin inkişafının sürətlənməsinə
xidmət edəcək”, – nazir deyib.

(Tərcümə: Orxan Nəbiyev)