Azərbaycan Ukrayna-Rusiya görüşünə ev sahibliyi etməyə hazırdır – Prezidentin köməkçisi

Azərbaycana Ukrayna tərəfindən belə bir təklif olunmuşdu. Belə
bir niyyət olarsa, biz hər zaman buna ev sahibliyi etməyə
hazırıq.

AzerTimes-ın məlumatına görə,
bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna-Rusiya görüşünə
Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı jurnalistlərin sualını
cavablandırarkən deyib.

H.Hacıyev qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentləri
tərəfindən Ukraynada savaşın dayandırılması, atəşkəsin əldə
olunması üçün səylər göstərilir.

“Ukrayna tərəfindən belə təklif olunmuşdu. Belə bir niyyət
olarsa, biz hər zaman ev sahibliyi etməyə hazırıq. Azərbaycan
əvvəllər ABŞ-la Rusiya generallarının görüşlərinə, NATO-Rusiya
dialoquna ev sahibliyi edib. Burada məntiq ondan ibarətdir ki,
Azərbaycan nə NATO-nun, nə də KTMT-nin üzvüdür. Azərbaycan həmçinin
Qoşulmama Hərəkatına sədrlik edir. Təklif olarsa, Azərbaycan öz
dəstəyini verməyə hazırdır. Biz Ukraynada baş verən böhranı
görürük. Azərbaycan tərəfindən Ukraynaya humanitar yardımlar davam
edir”, – Prezidentin köməkçisi əlavə edib.

Teqlər: