“3+3” üzrə növbəti görüşün yeri və vaxtı barədə əlavə təkliflər gözləyirik – Hikmət Hacıyev

Hazırda başqa bölgələrdə müəyyən problemlər olduğuna görə biz
diplomatik kanallarla əlavə təkliflər gözləyirik ki, “3+3”
formatında növbəti görüşümüz necə ola bilər. Türkiyədə “3+3”
formatının növbəti görüşü barədə qərar verilib, sadəcə olaraq
diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var.

AzerTimes-ın məlumatına görə,
bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev söyləyib.

H.Hacıyev deyib ki, “Azərbaycan “3+3” platformasını dəstəkləyir
və platformanın ilk iclası da keçirilib.

“Biz burada əsasən regional məsuliyyət prinsipindən çıxış
edirik. Region ölkələri olaraq ilk növbədə regionun problemlərini
özümüz həll etməliyik, əməkdaşlıq üçün olan böyük potensialı bir
araya gətirməliyik. Məsələn, Azərbaycan-Türkiyə-İran arasında son
nəqliyyat anlaşmasını misal göstərmək olar. Bu, bizim regionumuzla
bərabər digər regionlara, o cümlədən Mərkəzi Asiyaya böyük
fürsətlər təqdim edir. Ona görə də bu platforma çərçivəsində böyük
əməkdaşlıq üçün fürsətlər və imkanlar var. Amma hazırda başqa
bölgələrdə müəyyən problemlər olduğuna görə biz diplomatik
kanallarla əlavə təkliflər gözləyirik ki, “3+3” formatında növbəti
görüşümüz necə ola bilər. Türkiyədə “3+3” formatının növbəti görüşü
barədə qərar verilib, sadəcə olaraq diplomatik kanallarla onun
dəqiqləşdirilməsinə ehtiyac var”, – Prezidentin köməkçisi əlavə
edib.

Teqlər: