“Azərbaycan Sənaye Korporasiyası” ASC və “Azərpambıq ASK” MMC-nin təşəbbüsü ilə növbəti xeyriyyə aksiyası keçirilib (FOTO)

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə
“Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisəsi
olan “Azərpambıq ASK” MMC tərəfindən xeyriyyə aksiyası
keçirilib.

“Uşaqları qoruyaq” adlı xeyriyyə aksiyası çərçivəsində tədbir
iştirakçıları Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 1 saylı
körpələr evinə baş çəkərək uşaq bezləri və meyvələrdən ibarət
bayram sovqatını uşaqlara təqdim ediblər.

Uşaq evləri və internat məktəblərinə yerləşdirilən uşaqlara
dövlətimiz tərəfindən göstərilən xüsusi diqqət və qayğının davamı
olaraq, gələcəyimiz olan uşaqlara dəstək layihəsi çərçivəsində
keçirilən bu nəcib təşəbbüsün məqsədi körpələrin üzündə təbəssüm
yaratmaq, onlara sevgi və nəvaziş bəxş etməkdir.

Teqlər: