Bakcell eSIM istifadəyə verdi – Azərbaycanda ilk (VİDEO)

Bakcell şirkətinin abunəçiləri Azərbaycanda ilk dəfə olaraq eSIM
istifadə edəcəklər. Bununla da plastik SIM karta ehtiyac
qalmayacaq.

Yeni nəsil SIM texnologiyası olan eSIM Bakcell abunəçilərinə
mobil şəbəkəyə qoşulmanı və rabitə xidmətlərindən istifadəni xeyli
sadələşdirən yeni imkanlar yaradır. eSIM vasitəsilə tək SIM kartlı
smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.

Bakcell virtual SIM kartını almaq və ya mövcud Bakcell nömrəsini
virtual SIM karta keçirmək üçün “Bakcell”in rəsmi satış
mərkəzlərindən birinə yaxınlaşıb nömrənin QR kodunu telefonla skan
etmək lazımdır.

Smartfonunuzun eSIM texnologiyasını dəstəkləməsini yoxlamaq və
xidmət barədə daha ətraflı məlumat almaq üçün https://www.bakcell.com/az/esim
səhifəsinə keçin.

Qeyd edək ki, bu, Bakcell tərəfindən son bir ay ərzində tətbiq
olunan ikinci nəhəng texnoloji yenilikdir. Bu yaxınlarda şirkət
tərəfindən Azərbaycanda ilk dəfə olaraq VoLTE texnologiyası
istifadəyə verilib.

Teqlər: