Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb – Rauf Əliyev

Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq
və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında
diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana bu günlərdə baş
tutan rəsmi səfəri çərçivəsində keçirilən həm təkbətək görüşdə, həm
də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdə
ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektri, iki ölkə arasında
kı münasibətləri intensivləşdirmək əzmində olunduğu bir daha
nümayiş olundu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız
Respublikasının Prezidenti Sadır Japarov aprelin 20-də mətbuata
bəyənatlarla çıxış ediblər.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirdi ki,
Azərbaycan və Qırğızıstan dost, qardaş dövətdir: “Bu gün bizim
münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd
imzalanıb, mən onların arasında ikisini-Strateji Tərəfdaşlıq
haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında
Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim
münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən
edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək
səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlıq kökləyir.
Biz Dövətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid
məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli
və fəal surətdə müntəzəm müzakirə edəcəyik”

Cənab Prezidentin mətbuata bəyənatında beynəlxalq təşkilatlarda
iki ölkənin daima bir-birini dəsdəklədiyi vurğulanmışdır. Qeyd
olunmuşdur ki, Qırğızıstan və Azərbaycan Qoşulmama Hərəkatı, BMT,
ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təçkilatı, ECO
çərçivəsində həmişə bir-birini dəsdəkləyir.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata
bəyanatında iki ölkə arasında imzalanan sənədlərin əhəmiyyətindən
danışarkən qeyd etdi ki, Qırğızıstan ilə Azərbaycan arasında
münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmışdır.
Müvafiq Bəyannamə imzalandı. Bu tarixi xarakterli mühüm bir
sənəddir və bu səviyyəyə, bizim münasibətlərimizin inkişafında yeni
mərhələyə hər iki tərəfin səyləri sayəsində çatmışıq.

Azərbaycan və Qırğızıstan prezidentlərini mətbuata bəyənatları,
səfər çərçivəsində imzalanmış sənədlər, xüsusən də ən əsas sənəd
olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki,
Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə
çatıb, ölkələr arasında qardaşlıq və dostluq əlaqələri bundan sonra
daha möhkəmlənəcək.

Rauf Əliyev

Milli Məclisin deputatı

Teqlər: