Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər

Biz faşizmi məhv etdik, Cənubi Qafqazı faşizmdən xilas etdik.
Ancaq hələ də faşizmin təzahürləri baş qaldırır, hələ də
Ermənistanda bəzi dairələr, xarici ölkələrdə yaşayan ermənilər bizi
hədələməyə çalışırlar. Amma İkinci Qarabağ müharibəsinin tarixçəsi
onların yadından çıxmamalıdır.

Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya
Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı söyləyib.

“Biz gücümüzü artırmışıq. İl yarım ərzində ordu quruculuğu
sahəsində çox böyük işlər görüldü. İndi bu işlərin bir hissəsi
ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə
bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu
istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli
ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi
birləşmələrin yaradılması – bütün bunları biz məhz ona görə edirik
ki, erməni faşizminin hələ də təzahürləri var və əgər erməni
faşizmi bir daha baş qaldırarsa, biz onu hər an əzməyə hazır
olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür
və heç vaxt bunu unutmamalıdır”, – deyə dövlətimizin başçısı
bildirib.

Teqlər: