İsmayıllıda evdən 21 000 manat oğurlanıb (FOTO)

İsmayıllı rayonu Mücühəftəran kəndində yerləşən evlərin birindən
oğurluq edilib. Polis Şöbəsinə müraciət edən zərərçəkən axşam
saatlarında evdə olmadığı müddətdə sandıqda olan 21 000 manat
pulunun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis
əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluq hadisəsini törədən şəxsin
zərərçəkmişin həmkəndlisi Elçin Gülməmmədov olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini
etiraf edib. Oğurladığı 21 000 manat E.Gülməmmədovdan götürülərək
istintaqa təhvil verilib.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət
Məcəlləsinin 177.2.3-cü ( yaşayış sahəsinə, habelə binaya, anbara
və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə)
maddəsi ilə cinayət işi başlanılıb, Elçin Gülməmmədov
təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Teqlər: