Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir (FOTO/VİDEO)

2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan
Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi
texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi
aparılır.

Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, hərbi hissələrdə fəaliyyət göstərən texniki
xidmət məntəqələrində döyüş və xüsusi texnikanın yanacaq-sürtkü
materiallarının dəyişdirilməsi, həmçinin onlara planlı şəkildə
mövsümi qulluq göstərilməsi həyata keçirilir.

Silah və texnikanın yay dövründə fasiləsiz və dayanıqlı
istismara hazırlığı hərbi hissələrin döyüş qabiliyyətinin yüksək
səviyyədə saxlanılmasına xidmət edir.

Teqlər: