Oksford Universitetinin əməkdaşları Azərbaycanda seysmik tədqiqatlar aparır (FOTO)

Azərbaycan Milli Elmlər Akademiyası və Böyük Britaniyanın
Oksford Universiteti arasında olan Anlaşma çərçivəsində AMEA
nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və Oksford
Universitetinin əməkdaşlarının birgə apardığı paleseysmoloji
tədqiqatlar davam etdirilir.

Mərkəzdən AzerTimes-a verilən
məlumata görə, hazırda hər iki qurumun əməkdaşlarından ibarət qrup
Salyan rayonu ərazisində tədqiqatlar aparırlar. Buna qədər Ağsu,
İsmayıllı və Göyçay rayonlarında birgə tədqiqatlar aparılıb.
Tədqiqatların mayın 21-nə qədər davam etdirilməsi nəzərdə
tutulur.

Qeyd edək ki, aparılan tədqiqatların məqsədi Azərbaycan
ərazisində infrostruktur və əhali üçün ciddi seymik təhlükə yarada
biləcək tektonik qırılmaları müəyyən etməkdir.

Teqlər: