Azərbaycan neftinin qiyməti 120 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 119,39
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,14
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 118,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 2,19 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
76,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,71
dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 113,14 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
1,79 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: