Azərbaycan nefti dörd dollardan çox bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə
Azərbaycanın yüngül neftinin qiyməti martın 30-da 117,15
dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,27
dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə
bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül
neftinin qiyməti 116,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki
göstəricidən 4,25 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə
79,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,04
dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
qiyməti 115,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən
3,57 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: