Vüqar Səfərli bir neçə xəstəlikdən əziyyət çəkir – Vəkil

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar
Səfərli Ədliyyə Nazirliyinin Müalicə müəssisəsinə köçürülüb.

Bunu AzerTimes-a açıqlamasında V.Səfərlinin vəkili Hikmət Əliyev
deyib.

Vəkil bildirib ki, V.Səfərlinin səhhətində bir çox problemlər
yaranıb.

“Bir neçə gün əvvəl Bakı Apellyasiya Məhkəməsində keçirilən
prosesə də o Müalicə Müəssisəsindən gəlmişdi. Vüqar müəllim qan
təzyiqi və digər xəstəlikdən əziyyət çəkir. Səhhətində bir çox
problem var. Hazırda müalicəsini müalicə müəssisəsində davam
etdirir”, – vəkil bildirib.

Qeyd edək ki, V.Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi
birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Teqlər: