Azərbaycan gimnastları dünya çempionatında daha bir bürünc medal qazanıb (FOTO)

Xəbər - Cani Babayeva – Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında
Azərbaycan gimnastları Daniel Abbasov və Murad Rəfiyev kişi
cütlüklər arasında temp hərəkətlər proqramında bürünc medala layiq
görülüblər.

Trend-in məlumatına görə, cütlük 27,500 xal
toplayıb.

ABŞ gimnastları Brayden MakDuqall və Anxel Feliks 28,180 xal
yığaraq dünya çempionu olub. Qazaxıstan gimnastları Vadim Şulyar və
Daniel Dil 28,030 xalla gümüş medal qazanıblar.

Xatırladaq ki, Daniel Abbasov və Murad Rəfiyev ötən gün ümumi
proqramda da bürünc medala layiq görülmüşdülər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: