Portuqaliya gimnastları akrobatika gimnastikası üzrə dünya çempionatında daha bir qızıl medal qazanıb

Xəbər - Cani Babayeva – Trend:

Akrobatika gimnastikası üzrə 28-ci Dünya çempionatında
Portuqaliya gimnastları Rita Ferreyra və Ana Teyşeyra qadın
cütlüklər arasında balans hərəkətləri proqramında qalib gələrək
qızıl medallara layiq görülüb.

Trend-in məlumatına görə, cütlük 28,850 xal
toplayıb.

Ketrin Borçerdinq və Syerra MakKaun (ABŞ) 27,350 xalla ikinci,
Aleksandra Rudakova və Damira Talqat (Qazaxıstan) 27,050 xalla
üçüncü olub.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: