Azərbaycan beynəlxalq təbii daş sərgisində təmsil olunacaq (FOTO)

Azərbaycan martın 30-dan aprelin 2-dək Türkiyənin İzmir
şəhərində keçiriləcək “Marble İzmir” 27-ci Beynəlxalq Təbii Daş və
Texnologiyalar Sərgisində təmsil olunacaq.

AzerTimes-ın məlumatına görə,
Türkiyə Ticarət Nazirliyinin himayəsi ilə keçirilən sərgi dünyada
təbii daş və mərmər üzrə ən böyük üç ekspozisiyadan biridir.

Sərgidə dünyanın 41 ölkəsi, o cümlədən Azərbaycan, ABŞ, Səudiyyə
Ərəbistanı, Albaniya, Avstraliya, Avstriya, Bəhreyn, Banqladeş,
Belçika, Almaniya, BƏƏ, Böyük Britaniya, Bosniya və Herseqovina,
Braziliya, Bolqarıstan, Əlcəzair, Efiopiya, Fələstin, Hindistan,
İraq, İspaniya, İsrail, İtaliya, Qətər, Qazaxıstan, Qırğızıstan,
Kolumbiya, Kosovo, Küveyt, Latviya, Livan, Makedoniya, Misir, Nepal
və Pakistan təmsil olunacaq.

Teqlər: