Bayram günləri 40 mindən çox ağac əkilib

Yaz ağac əkini çərçivəsində meşə fondu torpaqlarının açıq və
seyrək ərazilərində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam
etdirilir.

AzerTimes-ın məlumatına görə,
Meşələrin İnkişafı Xidmətinin mütəxəssisi Cabbar Qəribov bildirib
ki, bayram günləri respublikanın meşə fondu torpaqlarında Regional
Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 23
hektar ərazidə 40 000-dən çox meşəcinsli ağac tingi əkilib, 300 kq
toxum səpilib.

Teqlər: