Bərdədə oğul atasını odlu silahla qətlə yetirib (FOTO)

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, 23 yaşlı gənc odlu
silahdan atəş açaraq atasını qətlə yetirib.

Sərxoş gənc atasını gecə saatlarında güllələyib. Qanlı qətl
hadisəsi Bərdə rayonunun Mirzəcəfərli kəndində baş verib.

Bununla bağlı Bərdə Rayon Polis Şöbəsinə rayonun Mirzəcəfərli
kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının birgə apardıqları
araşdırma zamanı Bulud Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş
Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı
evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Kənan Fərzəliyev
tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən
istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb,
istintaq tədbirləri davam etdirilir.

Teqlər: