Azad olunmuş ərazilərə keçməyə cəhd edən 2 nəfər həbs edilib

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq
icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Ağdam rayonunun Əhmədağalı kənd sakinləri
Ayaz Abbasov və Yalçın Əhmədov həmin kənd ərazisindən işğaldan azad
edilmiş yerlərə daxil olmağa cəhd edərkən nəzarət qaydasına uyğun
RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb,
buna baxmayaraq onlar mina və partlayıcı vasitələrdən tam
təmizlənməmiş ərazilərə keçmək üçün cəhdlərini davam
etdiriblər.

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə A.Abbasov və
Y.Əhmədov saxlanılaraq RPŞ-yə gətirilib. Onların barələrində
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar
tərtib olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə
inzibati qaydada həbs ediliblər.

Teqlər: