Samsung Galaxy S22 Ultra – Galaxy S seriyasının ən universal və premium cihazı (FOTO)

Bu yaxınlarda Samsung Electronics şirkəti Galaxy S22 Ultra
smartfonunu təqdim etmişdir. Sözü gedən bu flaqman Galaxy S məhsul
xəttinin ən yaxşı xüsusiyyətlərini özündə birləşdirir:
təkmilləşdirilmiş kameralar, misilsiz ekran, güclü prosessor və S
Pen stilusu ilə işləmə dəstəyi. Smartfonda diqqətinizi çəkən ilk
məqam – onun ölçüsüdür. Burada mükəmməl balans təqdim edən Samsung,
sizə məzmundan həzz almaq üçün kifayət qədər böyük və əlinizə rahat
sığacaq qədər kiçik smartfon təqdim edir. Flaqmanın çəkisinin 228
qr, bizim öyrəşdiyimizdən bir qədər çox olmasına baxmayaraq,
istifadə zamanı əlləriniz yorulmur. Smartfon təbiətdən ilhamlanmış
dörd rəng variantında təqdim olunur: fantom qara, fantom ağ, yaşıl
və tünd qırmızı.

Həmçinin cihaz IP68 standartlarına uyğun suyadavamlılıqla təchiz
edilimişdir. Galaxy S22 Ultra-nın ön hissəsində axarı yan kənarlı,
minimal çərçivə ilə haşiyəyə alınmış böyük 6,8” ekran
yerləşdirilmişdir. Displey ətrafı nazik çərçivələr inanılmaz
görüntü effekti yaradır, xüsusən bu, 120 Hz adaptiv tezliyə və 1750
nit yüksək parlaqlığa malik Dynamic AMOLED 2X ekrandırsa. Parlaqlıq
həqiqətən inanılmazdır, bu səbəbdən də, smartfon, əlbəttə ki,
Vision Booster-in köməyi ilə, ən günəşli gündə belə tam aydın
görüntü təqdim edir. Qeyd edək ki, bütün korpus Gorilla Victus +
şüşəsi ilə qorunaraq 1 mert hündürlükdən düşməyə davam gətirir və
cızıqlara qarşı olduqca davamlıdır. Samsung, bu növ şüşənin ilk
Galaxy S22 xəttində istifadə olunduğunu iddia edir.

Smartfonun korpusuna bir daha nəzər salaq. Bəhs etdiyimiz nazik
çərçivə metaldandır və yanları yuvarlaq bir formaya malikdir, lakin
bütün flaqmanın mat səthindən fərqli olaraq, sözü gedən bu haşiyə –
parıltılıdır. Belə bir dizayn olduqca maraqlı görünür. Burada güc
və səs düymələri öyrəşdiyimiz kimi korpusun sağ tərəfdədir.
Korpusun üst hissində isə dəyişməz olaraq – antena və dinamik
yerləşdirilib, lakin aşağı tərəfdə bütün vacib funksional
elementlər təmsil olunub. Xarici dinamik, USB Type-C konnektoru,
mikrofon, iki SİM kart üçün nəzərdə tutulmuş slot və S Pen
stilusunun yuvası, bunlar hamısı smartfonun aşağı hissəsində
yerləşir. S Pen-in xarici görünüşü nəzərə çarpacaq dərəcədə
dəyişməmişdir: tək mexaniki düymə və adi qələmlə kağız üzərində
yazma hissi yaradan yaylı ucluq. Lakin qələmin funksionallığı
təkmilləşdirilmişdir, cavab müddəti 2,8 ms-ə qədər azaldılmış,
trayektoriya proqnozlaşdırma alqoritmləri isə yenilənmidir. Sonuncu
sayəsində əl ilə yazını indi daha yaxşı tanıyan S-Pen-in dəqiqliyi
artmışdır.

Kameraların əsas bloku korpusun arxa hissəsinin üstündən
təxminən bir millimetr yuxarı çıxan beş ayrı dəyirmi modul şəklində
təqdim edilmişdir (dörd kamera və lazer məsafəölçəni). Buradakı
əsas modul f / 1.8 aperturaya malik 108 meqapiksel, Dual Pixel PDAF
avtofokusu, lazer avtofokusu və optik sabitləşdirmə ilə təchiz
olunmuşdur. İlk telefoto modul 10 MP-dir. f / Dual Pixel PDAF, 3x
zoom-lu OIS ilə təmsil olunmuşdur. İkinci telephoto obyektiv isə
periskopik, 10 MP, f/4.9, Dual Pixel PDAF, OIS, 10x zoom-a
malikdir. Axırıncı kamera isə 12 MP ultra geniş bucaqlı, f/2.2, 120
dərəcəlik baxış bucaqlı Dual Pixel PDAF obyektivi ilə təchiz
edilmişdir. Smartfonun kamerası həm də şəkli miqyaslandıraraq
istədiyiniz obyekti 100 dəfə yaxınlaşdıra bilir. Flaqmanın ön
kamerası 40MP f/2.2, PDAF sensoruna malikdir. Galaxy S22 Ultra həm
də studiya keyfiyyətində şəkil çəkmək üçün VDIS süni zəkası
üzərindən işləyən portret rejimi ilə təchiz edilib. Əlavə olaraq,
smartfon foto və videoların keyfiyyətini optimallaşdıraraq,
istənilən işıqda möhtəşəm nəticələr təqdim edir.

Smartfonlardakı yenilikdən PRO rejiminin təkmilləşdirilməsini
qeyd etmək olar ki, burada sadəcə əsas deyil geniş bucaqlı və
teleobyektiv kameralarını da istifadə etmək mümkündür. Siz
ekspozisiya və çəkim parametrlərindən istifadə edərək şəkilləri
işıqlandıra və ya tündləşdirə, ağ rəng balansını tənzimləyə,
fotoşəkili isti və ya soyuq çalarlarda təqdim edilməsinə nəzarət
edə, həmçinin istədiyiniz obyektə özünüz fokuslana bilərsiniz.
Əslində, kamera menyusunda da hər şey sadədir, burada bütün adət
etdiyimiz adi “düymələr” təqdim olunub: flaş, aspekt nisbəti, video
qətnamə və stabilizator, timer, çərçivənin avtomatik
təkmilləşdirilməsi və əsas kameralar arasında keçid olunması.

Qeyd etmək lazımdır ki, burada yüksək tutumlu batareya
smartfonun enerjisinə cavabdehdir. S22 Ultra həmçinin 45 Vt
ultra-sürətli yükləməni dəstəkləyir, bu səbəbdən də 54 dəqiqəlik
video yazmaq və ya serialın dörd epizodunu izləmək üçün cəmi 10
dəqiqəlik şarj kifayət edir.

Xatırladaq ki, cihazlar artıq Azərbaycan bazarında da satışa
çıxarılıb. Galaxy S22 məhsul xəttinin ən son cihazları haqqında
əlavə məlumatı Samsung-un
rəsmi internet saytından, həmçinin Baku Electronics, Irshad,
Kontakt Home, Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar
şəbəkəsində əldə bilərsiniz.

Teqlər: