Azad olunan ərazilərdə daha 247 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş
ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən
həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AzerTimes-a verilən məlumata görə, aprelin 4-dən 9-dək
Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda
aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 106,
tank əleyhinə 141 mina və 156 partlamamış hərbi sursat aşkarlanaraq
zərərsizləşdirilib.

Nəticədə 237 hektar ərazi mina və partlamamış hərbi sursatlardan
təmizlənib.

Teqlər: