Prezident İlham Əliyev xalqın etimadını ən yüksək səviyyədə doğruldub – Elşad Həsənov (FOTO/VİDEO)

2018-ci ilin aprelin 11-də cənab İlham Əliyev xalqın mütləq
əksəriyyətinin dəstəyini qazanaraq növbəti dəfə Azərbaycan
Respublikasının Prezidenti seçildi. Prezident seçkiləri Azərbaycan
xalqının iradəsini əks etdirdi. Həmin tarixi hadisədən 4 il
keçir.

Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif
videolayihəsinin növbəti buraxılışı Prezident İlham Əliyevin
prezidentlik fəaliyyəti, hakimiyyəti illərində Azərbaycanın
hərtərəfli inkişafı üçün həyata keçirdiyi çoxşaxəli və yorulmaz
fəaliyyəti, tarixi Qarabağ Zəfəri və digər vacib məqamlara həsr
edilib.

Proqramın qonağı siyasi ekspert, 1-ci Qarabağ müharibəsinin
veteranı Elşad Həsənov olub.

E.Həsənov bildirib ki, 4 il əvvəl Azərbaycan xalqı növbəti dəfə
cənab İlham Əliyevə böyük etimad göstərməklə ölkəmizin gələcək
inkişafına, sabitliyə, tərəqqiyə səs verdi: “Ötən bir neçə il bir
daha göstərdi ki, xalqımız öz taleyini İlham Əliyevə etibar etməklə
çox düzgün qərar verib. Bu illər ərzində İlham Əliyev Azərbaycanı
gücləndirib, qüdrətli ölkəyə çevirib. Bu gün İlham Əliyevin
siyasəti sayəsində Azərbaycan dünyada xüsusi nüfuza və çəkiyə malik
olan ölkədir. Bir sözlə, İlham Əliyev xalqın ona göstərdiyi etimadı
ən yüksək səviyyədə doğruldub”.

Siyasi ekspert xüsusilə son 4 ilin möhtəşəm uğurlarını
vurğulayaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası, Vətən
Müharibsəində qazanılan tarixi Zəfər, diplomatik müstəvidə ələ
edilən unikal üstünlüklər, iqtisadi yüksəliş, dünya miqyaslı nəhəng
layihələrdən danışıb, bütün bunlara görə Prezident İlham Əliyevə
minnətdarlığını bildirib.

Videolayihəni təqdim edirik.

Teqlər: