ABŞ səfirliyi yeni elektrik avtomobili təqdim edib

Diplomatik nömrəli yeni elektrik avtomobili artıq Bakının
küçələrində görə bilərsiniz.

ABŞ-ın Bakıdakı səfirliyinin avtomobil parkına məxsus olan bu
maşın Səfirliyin ətraf mühiti qoruyan təşəbbüslərə dəstəyə sadiq
olduğunun nümunəsidir. Səfir Müavini Maykl Dikkerson yeni
avtomobili Azərbaycanın tanınmış müğənnisi Eldar Qasımov ilə birgə
“carpool karaoke” üslubunda çəkilmiş video çarxda təqdim edir.

Səfirlik Eldar və Kaspian Media Qrupu ilə tərəfdaşlıq edərək
ətraf mühitin qorunmasında fərqli rol oynayan yeni elektrik maşını
təqdim etməkdən məmnunluq duyur. Səfirlik habelə Ləndmark biznes
mərkəzinə, ərazisində maşının enerji doldurulma stansiyasını
yerləşdirdiyinə görə minnətdarlığını bildirir. Bu maşının gündəlik
və səmərəli istifadəsi sayəsində biz yanacağa sərfiyyat edərək,
karbon qazının ətraf mühitə tullanmasınıb qarşısını almağa nail
olacağıq.

Elektrik maşınların istifadəsinə keçid almaq qərarı Prezident
Baydenin 2030-cu il üçün ABŞ-ın atmosferə istixana qazlarının
tullantılarının miqdarını yarıya endirmək öhdəliyinə uğun həyata
keçirilir. Prezident Bayden həmçinin bəyan etmişdir ki, Amerika
etraf mühitə zərərsiz avtomobillərin istifadəsində lider rolunu
oynayacaq. O, 2030-cu il üçün elektrik avtomobillərin ümumi
satışların 50 faizini təşkil etməsi kimi ambisiyalı məqsədi bəyan
etmişdir.

Dünyanın vətəndaşları olaraq biz hamımız sözügedən səylərələ;
avtomobillərin istifadəsini azaldmaq, velosipedlərdən istifadə
etmək, gəzmək və təbii ki elektrik avtomobillərdən istifadə etməklə
dəstək verə bilərik.

Videonu burada izləyə bilərsiz: https://az.usembassy.gov/az/ev-karaoke/

Teqlər: