Axtarışda olan 78 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) mayın 19-da qeydə alınmış cinayət
və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki, respublikanın
daxili işlər orqanları ötən gün ərzində törədilmiş 61 cinayətin
üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin
olunub.

Axtarışda olduğuna görə ümumilikdə 78 nəfər, o cümlədən borclu
şəxs qismində axtarılan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat
hadisəsi nəticəsində 2 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32,
qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə
bağlı iki fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

Teqlər: