Ərzaq mağazasında istehlak müddəti bitmiş məhsulları aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının
müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, daxil olmuş müraciət
əsasında Agentlik əməkdaşları tərəfindən Ağdam rayonu, Çəmənli
kəndində fəaliyyət göstərən, fiziki şəxs Vəliyev Cabir Nadir oğluna
məxsus qida məhsullarının pərakəndə satışı mağazasında keçirilmiş
plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ
hüquqi aktların tələblərinin pozulduğu faktları aşkar edilib. Belə
ki, mağazada süni işıqlandırma lampalarının qoruyucu örtüklə təchiz
edilmədiyi, məhsulların saxlanılmasında temperatur rejiminə əməl
olunmadığı, işçi heyətin xüsusi geyimlə, fərdi mühafizə vasitələri
ilə təmin edilmədiyi və tibbi müayinədən keçmədiyi, dezinfeksiya,
dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, həmçinin
satışa təqdim olunan bəzi qida məhsullarının istehlak müddətinin
bitdiyi və digər nöqsanlar müəyyən olunub. Aşkar edilmiş
pozuntularla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq
tədbirlər görülüb. Sahibkar barəsində inzibati protokol tərtib
edilib. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.

Teqlər: