Yaponiyada avtomobil xəstəxana binasına çırpılıb

Yaponiyanın Naqasaki prefekturasında avtomobil xəstəxana
binasına çırpılıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Qeyd olunur ki, avtomobil xəstəxananın şüşəli qapısına
çırpıldıqdan sonra binaya daxil olub. Xəsarət alanların həyatının
təhlükədə olmadığı deyilir.

Sürücü qəzanın qaz və əyləc pedallarını səhv salması nəticəsində
olduğunu etiraf edib.