Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan alternativ enerji sahəsində saziş imzalayacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Azərbaycan yaxın
zamanlarda alternativ enerji sahəsində saziş imzalayacaq.

Trend-in məlumatına görə, bunu AYİB-in
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamola Mahmudova Bakıda
keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.

O bildirib ki, əvvəlki illərdə bank Azərbaycanda “yaşıl”
texnologiyalar, sənaye tullantılarının təhlükəsizliyinin təmin
olunması sahəsində layihələr reallaşdırıb.

“Bu işlər iri şəhərlərdə aparılıb və bu tendensiya davam
etdiriləcək. Bundan başqa, AYİB digər iri layihələrdə də iştirak
edir. Bu layihələr kənd təsərrüfatı və nəqliyyat sektorlarını əhatə
edir. Bank alternativ enerji sahəsində iştirakını genişləndirməyi
planlaşdırır. Eyni zamanda mayın sonunadək 230 meqavatt və 100
meqavatt gücündə elektrik stansiyalarının tikintisi çərçivəsində
müvafiq müqavilələrin imzalanması nəzərdə tutulur”, – deyə o
bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: