İsveçin xarici işlər naziri NATO-ya üzvlüklə bağlı müraciəti imzalayıb

İsveçin xarici işlər naziri Ann Linde ölkənin NATO-ya üzvlüklə
bağlı müraciətini imzalayıb.

AzerTimes-ın məlumatına görə, bunu nazir öz açıqlamasında deyib.

O bildirib ki, İsveçin üzvlük müraciəti Finlandiyanın analoji
müraciəti ilə eyni zamanda təqdim olunacaq.

A.Linde sənədin baxılmasının və ratifikasiyasının bir ilədək
davam edə biləcəyini deyib.

Qeyd edək ki, İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti ötən gün
hökumət tərəfindən qəbul edilib.