“Atletiko” futbol klubu 11-ci dəfə İspaniya çempionu oldu

“Atletiko Madrid” klubu futbol üzrə İspaniya çempionatının qalibi oldu.

AzerTimes-ın məlumatına görə, sonuncu 38-ci turun matçında Madrid komandası səfərdə “Valyadolid”i 2:1 hesabı ilə məğlub edib.

Qalib olanların heyətində Anxel Korrea (57-ci dəqiqə) və Luis Suares (67) vurublar. Meydan sahibləri tərəfindən qolu Oskar Plano (18) vurub.


Beləliklə, “Atletiko” 86 xal toplayaraq 11-ci dəfə İspaniya çempionu oldu.

Teqlər: