Bakıda restoranda yanğın olub

Bakıda restoran kimi fəaliyyət göstərən tikilidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 80 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin çöl divarına quraşdırılan 1 ədəd elektrik sayğacı və kabel 1 p.m yanıb, yüksək temperaturdan lambirindən ibarət üzlük 1 m² sahədə əriyib.

Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: