Koronavirusa qarşı peyvənd olunmayan Küveyt sakinləri ölkəni tərk edə bilməyəcəklər

Yeni koronavirusa qarşı peyvənd olunmayan Küveyt sakinləri artıq ölkəni tərk edə bilməyəcəklər.

AzerTimes-ın məlumatına görə, əmirlik hökumətinin müvafiq fərmanı bu gün qüvvəyə mindi.

Küveyt KUNA xəbər agentliyinin verdiyi məlumata əsasən, xaricilər və əmirlik vətəndaşları ölkədən çıxmaq üçün qeydiyyatdan keçmiş dörd vaksindan biri ilə peyvənd olunmalıdır – Pfizer, AstraZeneca, Moderna yaxud Johnson & Johnson.

18 yaşınadək sakinlər, hamilə qadınlar, xarici diplomatik nümayəndəliklərin üzvləri, habelə sağlamlıq səbəbi ilə peyvənd ala bilməyənlər şəxslər qadağadan azad olunur.

Ölkəni tərk etmək üçün onlara yerli Səhiyyə Nazirliyindən müvafiq təsdiqedici sənəd almaları lazımdır.