“ASAN xidmət”də təhsil xidmətləri təqdim olunur

Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin birgə əməkdaşlığı nəticəsində “ASAN xidmət”
mərkəzlərində vətəndaşlara təhsil xidmətləri təqdim olunur.

Təhsil Nazirliyindən AzerTimes-a bildirilib ki, azırda ilk olaraq
Bakı şəhərində 5 saylı “ASAN xidmət” mərkəzində sözügedən xidmət
göstərilir. Prosesin tədricən paytaxt və regionlarda fəaliyyət
göstərən digər mərkəzlərdə də həyata keçirilməsi planlaşdırılır.
İlkin mərhələdə vətəndaşlar 5 təhsil xidmətindən yararlana
biləcəklər. Növbəti mərhələlərdə xidmətlərin sayının artırılması
nəzərdə tutulur.

Vətəndaşlar mərkəzlər vasitəsilə təhsil sahəsində vətəndaş
müraciətləri üzrə məsləhətçi, şagirdlərin elektron yerdəyişməsi,
ümumi təhsil müəssisələrinin birinci sinflərinə şagird qəbulu, cari
təhsil alanlar üçün elektron təhsil arayışları, təhsil tələbə
kreditinə elektron müraciət xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, sözügedən təhsil xidmətlərinin hər biri Təhsil
Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir. Bununla
yanaşı elektron qeydiyyat prosesində hər hansı çətinlik çəkən və ya
məlumatsız vətəndaşlar bundan sonra “ASAN xidmət” mərkəzlərinə də
yaxınlaşaraq konsultativ dəstək ala bilərlər.

Teqlər: