Çində yoluxmanın artmasının ölkəmiz üçün təhlükəsi yoxdur – İnfeksionist

Son günlər Çində rekord sayda koronavirusa yoluxmalar baş verir.
Son sutkada Çində koronavirusa 23 107 yoluxma faktə qeydə
alınıb.

Məsəslə ilə bağlı Trend-ə açıqlama verən infeksionist Mərdan
Əliyev bildirib ki, Çində yoluxmanın artmasının ölkəmiz üçün heç
bir qorxusu yoxdur.

“Çində koronavirusa yoluxmanın artmasının əsas səbəbi kütləvi
immunitetin formalaşmamasıdır. İlk dövrlər koronavirus Çində
yayılarkən onlar qapanmaya getdi. Buna görə də ölkə əhalisinin çoxu
yoluxmadı. Bu səbəbdən orda xəstəliyə yoluxanların sayının artması
təbiidir. Hazırda Çində yayılan virusun “Omicron” variantıdır.

Azərbaycanda isə demək olar ki, hər bir insan virusa yoluxub və
ya peyvənd olunub. Bütün bunlar insanlarımızda virusa qarşı
kollektiv immunitetin yaranmasına xidmət etdi. Bu səbəbdən
ölkəmizdə yoluxmada artım gözlənilmir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycanda dünən koronavirus (COVID-19) əleyhinə
10 301 vaksin vurulub.Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 513
935, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 328
620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 829 985, üç
və daha çox doza vaksin vurduranların sayı 3 123 615, pozitiv
nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə
231 715 təşkil edir.

Teqlər: