Ankara Ukraynada atəşkəsin təmin olunması üçün səylər göstərir – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti
Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

AzerTimes-ın məlumatına görə, iki ölkənin liderləri Rusiyanın
Ukraynadakı hərbi əməliyyatı mövzusunu və bununla bağlı son
hadisələri müzakirə ediblər.

Türkiyə dövlətinin başçısı Ukrayna vətəndaşlarının ölümü ilə
əlaqədar başsağlığı verib, yaralıların tezliklə sağalmasını
arzulayıb.

R.T.Ərdoğan qeyd edib ki, Ankara Ukraynada qan tökülməsinin və
böyük dağıntıların qarşısını almaq üçün tezliklə atəşkəsin təyin
olunması üzrə səylər göstərir.