Çavuşoğlu Rusiyanı Ukraynadakı hərbi əməliyyatı dayandırmağa çağırıb

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Rusiya xarici
işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə XİN-in mətbuat
xidmətindən bildiriblər.

Məlumata əsasən, telefon danışığı zamanı M.Çavuşoğlu Rusiyanı
Ukraynadakı hərbi əməliyyatı dayandırmağa çağırıb və qeyd edib ki,
bölgədə gərginliyin daha da artması heç kimə fayda verməyəcək.


Türkiyənin XİN rəhbəri bildirib ki, tərəflərin qarşılıqlı istəyi
olarsa, Ankara Rusiya və Ukrayna arasında danışıqlar üçün platforma
təqdim etməyə hazırdır.