AMEA-nın rəyasət heyətinin aparatında struktur dəyişikliyi nəzərdə tutulub

AMEA-nın Rəyasət Heyətinin aparatında struktur dəyişikliyi
nəzərdə tutulub.

Trend xəbər verir ki, bu sözləri AMEA-nin prezidenti vəzifəsini
icra edən, akademik Arif Həşimov jurnalistlərə açıqlamasında
bildirib.

Arif Həşimovun sözlərinə görə, Rəyasət Heyətinin tərkibi
çoxsaylı bölmə və şöbələrdən ibarətdir və burada elmi işçilərin
sayı üstünlük təşkil etməlidir: “AMEA da və elmi qurumlarda elmi
işçilərin sayı üstünlük təşkil etməlidir. Digər işçilər isə
yardımçı funksiya yerinə yetirməlidir. Bununla bağlı uyğunsuzluqlar
var. Amma bu, o demək deyil ki, şöbə və bölmələr ləğv olunmalıdır.
Bəzi institutlarda texniki işçilərin sayı çox olmalıdır”.

Akademik onu da qeyd edib ki, fəaliyyətini bitirən strukturlar
davamlı şəkildə yeniləri ilə əvəz olunmalıdır. Belə ki, istər
akademiyada, istərsə də bu kimi digər qurumların strukturunda
mütəmadi şəkildə yenilənmələr aparılmalıdır.

Teqlər: