Yasamalda son 20 gündə 30 nəfər saxlanılıb, 29 kq narkotik vasitə aşkar edilib (FOTO)

Yasamalda son 20 gün ərzində keçirilən əməliyyatlar zamanı
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 30
nəfər saxlanılıb. Onlardan 29 kiloqram 90 qram narkotik vasitə
aşkar edilib

Trend xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin
Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis şöbə və
bölmələrinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən
əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul
olan ümumilikdə 30 nəfər tutulub. Aşkar edilən bütün faktlarla
əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Saxlanılan şəxslərin hər biri barəsində məhkəmə tərəfindən həbs
qətimkan tədbiri seçilib. Onlardan ümumilikdə 29 kiloqram 900 qram
heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin
aşkar olunub. Əməliyyatlar nəticəsində saxlanılanlardan biri
narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul
olan şəxs olub. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan
şəxslərdən ikisi rayon ərazisində yaşadığı evdə narkotik vasitə
istifadəçiləri üçün tiryəkxana təşkil edib. Həmçinin qeyd edilən
dövr ərzində keçirilən profilaktik-nəzarət tərbirləri nəticəsində
Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsində yerləşən narkotik
vasitə istifadəçilərinin toplaşdığı yarımtikili də nəzarətdə
saxlanılıb.

Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində
polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam
etdirilir

Teqlər: