Alternativ enerji Azərbaycanla İsrail arasında əməkdaşlığın prioritet sahələrindən biridir – Səfir

Kəlbəcər. Trend:

Alternativ enerji Azərbaycanla İsrail arasında əməkdaşlığın
prioritet sahələrindən biridir.

AzerTimes-ın məlumatına görə, bunu diplomatik korpusun tərkibində
Kəlbəcərdə səfərdə olan İsrail səfiri Corc Dik deyib.

Onun sözlərinə görə, İsrail bərpa işləri ilə əlaqədar
Azərbaycana kömək etməyə hazır olduğunu bildirib.

“Azad edilmiş ərazilərdə bərpa olunan enerji sahəsində
əməkdaşlıq Azərbaycanla İsrail arasında əməkdaşlığın prioritet
sahələrindən biridir”, – səfir deyib.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən
80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq
təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad
edilmiş ərazilərə doqquzuncu səfəridir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: