Diplomatlar Qarabağda su elektrik stansiyalarının bərpası işləri ilə tanış olublar (FOTO)

Kəlbəcər. Trend:

Diplomatik korpus nümayəndələri Kəlbəcər rayonuna səfər
çərçivəsində Qarabağda su elektrik stansiyalarının bərpası işləri
ilə tanış olublar.

Trend-in
müxbiri xəbər verir ki, qonaqlar Kəlbəcər və Laçın rayonlarında iki
su elektrik stansiyasının bərpası ilə bağlı işlərin başladığı
barədə məlumatlandırılıb. Bu stansiyalar erməni işğalı dövründə
tamamilə dağıdılmışdı.

Diplomatik korpus nümayəndələri Kəlbəcərdə su elektrik
stansiyasını nəzərdən keçirib və onun işi ilə tanış olublar.

Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən
80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq
təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad
edilmiş ərazilərə doqquzuncu səfəridir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: