Qazaxıstan referendumla bağlı Bakıdakı səfirliyində seçki məntəqəsi açacaq

Qazaxıstanın Azərbaycandakı səfirliyi yanında 262 saylı seçki
məntəqəsində Qazaxıstan Respublikasının Konstitusiyasına
dəyişikliklərin və əlavələrin edilməsi ilə bağlı respublika
referendumu keçiriləcək.

Səfirlikdən AzerTimes-a verilən
məlumata görə, 18 yaşına çatan, qüvvədə olan seçki hüququna malik
hər bir Qazaxıstan vətəndaşı referendumda iştirak etmək üçün
konstitusiya hüququna malikdir. Qazaxıstan Respublikası Səfirliyi
yanında 262 saylı seçki məntəqəsinin seçicilər siyahısına
məskunlaşdığı ölkədə daimi və ya müvəqqət yaşayan, etibarlı
Qazaxıstan Respublikası vətəndaşı pasportuna malik bütün
vətəndaşlar daxildir.

Hörmətli seçicilər! Seçicilər siyahısına düşmək olmaq üçün,
Azərbaycan Respublikası ərazisində olan hər bir vətəndaş “Referendum” mövzusu ilə [email protected] elektron ünvana öz
məlumatları öncədən göndərməlidir (S.A.A., doğum tarixi, FİN,
yaşayış ünvanı, əlaqə məlumatları).

Teqlər: